BAKI, 16 iyul. TELEQRAF

Ukrayna hava hücumundan müdafiə qüvvələri ölkənin şimal, cənub, mərkəz və şərq istiqamətlərində Rusiyaya məxsus üç "İsgəndər-M/S-400" ballistik raketini, həmçinin "Shahed", "Gerbera", "Italmas" və digər tipli 129 PUA-nı vurub və ya zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu hücum zamanı ümumilikdə beş "İsgəndər-M/S-400" ballistik raketindən, bir "X-31P" radiasiya əleyhinə raketindən və müxtəlif buraxılış məntəqələrindən kütləvi dronlardan istifadə edib.

"Zərərsizləşdirilən hədəflərin qalıqları yeddi fərqli bölgəyə düşüb. Rusiyanın "X-22/32" qanadlı raketləri isə hədəflərinə çata bilməyib. Hazırda hava hücumu davam edir və Ukrayna səmasında hələ də bir neçə dron müəyyən edilir", - məlumatda vurğulanıb.