BAKI, 8 iyun. TELEQRAF
Avropa Komissiyası Rusiyaya qarşı 21-ci sanksiyalar paketini artıq bu həftə razılaşdırılmaq üçün Avropa İttifaqı (Aİ) Şurasına təqdim etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.
P. Pinyu vurğulayıb ki, qurum sanksiyalar paketini olduqca operativ şəkildə razılaşdırmağı planlaşdırır.