BAKI, 27 may. TELEQRAF
Trabzonun Akçaabat rayonunda qurban kəsimi zamanı ürəktutması keçirən 54 yaşlı Selahattin Şener vəfat edib.
Teleqraf Türkiyə mediasına istinadla xəbər verir ki, Selahattin Şenerin qurban kəsimi zamanı qəfil halı pisləşib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları ona ilkin yardım göstərərək xəstəxanaya çatdırıblar. Ürəktutması keçirdiyi müəyyən edilən qəssab həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.