BAKI, 5 may. TELEQRAF

Türkiyə Milli Müdafiə Nazirliyinin Tədqiqat və İnkişaf Mərkəzi tərəfindən hazırlanan ölkənin ən böyük və ən uzun mənzilli raket olan "Yıldırımhan" qitələrarası hipersəs ballistik raketi ilk dəfə "SAHA Expo 2026"da nümayiş etdirilib.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin hərbi arsenalında əvvəllər "Tayfun"qısa və orta mənzilli raketlər olub. "Yıldırımhan" layihəsi isə qitələrarası zərbə qabiliyyətinə nail olub.

Raketin üstünlükləri aşağıdakılardır.

Raketin əsas texniki xüsusiyyətləri aşağıdakı kimidir:

• Yürüş məsafəsi: 6000 kilometr

• Sürət: Mach 9 / Mach 25

• Yanacaq növü: Maye Azot Tetroksid

• Mühərrik Sistemi: 4 nəhəng raket mühərriki (burunlar)

Raketin üzərində Atatürkün imzası və Yıldırım Bəyazidin tarixi möhürü həkk olunub.