BAKI, 3 may. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda Çexiyanın baş naziri Andrey Babiş ilə danışıqlar aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, tərəflər ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərini ətraflı müzakirə ediblər və əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu qeyd olunub.
“Biz münasibətlərimizin ikitərəfli istiqamətlərini ətraflı müzakirə etdik, əməkdaşlığın gücləndirilməsi üçün imkanlar mövcuddur”, – deyə Zelenski bildirib.
O, görüşü məhsuldar kimi qiymətləndirib.