BAKI, 27 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi tədbirdə insanlara atəş açan şəxsə qarşı əlavə ittihamlar irəli sürüləcək.
Teleqraf xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin prokuroru Janin Pirro mətbuat konfransında bildirib.
"İstintaq davam etdikcə əlavə ittihamlar irəli sürüləcək", - deyə o, bildirib.
Təqsirləndirilən Kol Tomas Allen bu gün məhkəmədə ilk çıxışını edib. O, rəsmi olaraq Amerika liderinə sui-qəsd cəhdi də daxil olmaqla üç maddə ilə ittiham olunub.
Hakim Metyu Şarbo 3 maddə üzrə ittiham elan edib. O, zorakılıq cinayəti zamanı odlu silahdan istifadə, ağır cinayət törətmək niyyəti ilə ştatlararası ticarətdə odlu silah daşıma və ABŞ Prezidentinə sui-qəsd cəhdi maddələri üzrə mühakimə olunacaq.
Allen məhkəmədən onun üçün vəkil təyin etməsini istəyib.
Növbəti məhkəmə prosesi aprelin 30-a təyin olunub.