İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

"Dost Ukrayna-İsrail münasibətləri hər iki ölkə üçün faydalıdır. Hayfaya oğurlanmış mallar çatdıran gəmi ilə bağlı Ukraynanın qanuni tələbinə İsrailin adekvat cavab verməməsini başa düşmək çətindir. İndi Hayfaya başqa bir belə gəmi gəldiyinə görə, biz bir daha İsraili oğurlanmış taxılı qəbul etməməsi və münasibətlərimizə zərər verməməsi barədə xəbərdar edirik. Bu kontekstdə biz artıq İsrail səfirini rəsmi olaraq Ukrayna Xarici İşlər Nazirliyinə çağırmışıq. Sabah etiraz notamızı təqdim edəcəyik və müvafiq tədbirlərin görülməsini tələb edəcəyik", - deyə o qeyd edib.