BAKI, 18 aprel. TELEQRAF

"Məqsədimiz bu konfransdan real və ölçülə bilən nəticələr əldə etməkdir".

Teleqraf xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri, COP31-in prezidenti Murat Kurum Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət COP31-dən konkret nəticələr gözləyir:

“Bizim üçün COP yalnız müzakirə platforması deyil, nəticə əldə olunan bir prosesdir. Dünya xalqları bizdən real addımlar gözləyir. Bu səbəbdən iqlim dəyişikliyi ilə bağlı fərqindəliyi artırmalı və birlikdə hərəkət etməliyik.”

Nazir qeyd edib ki, Türkiyə əvvəlki COP prezidentləri ilə əməkdaşlıq çərçivəsində prosesi davam etdirəcək və ortaq addımlar atacaq.

"Son iki ildə 500 min mənzilin inşası kimi konkret nəticələr əldə edilib və COP31 çərçivəsində də oxşar praktik nəticələrə nail olmağı hədəfləyirik".