BAKI, 13 aprel. TELEQRAF

Macarıstan parlament seçkilərində qalib gələn Peter Maqyar ABŞ ilə yaxşı münasibətləri qorumaq istəyini ifadə edib, lakin Trampa zəng etməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Mqayar ABŞ-nin Macarıstanın vacib tərəfdaşl olduğunu deyib: "Rusiyadan enerji idxalından asılıyıq. Odur ki, Moskva ilə praqmatik münasibətləri qorumaq istəyirik. Rusiya enerji şirkəti ilə imzalanmış bütün müqavilələri nəzərdən keçirəcəyik, lazım gələrsə, ləğv edəcəyik".

Putinlə münasibətlərindən danışan Maqyar qeyd edib ki, ona Ukraynadakı müharibəni dayandırmağı məsləhət görəcək, amma çətin ki, o, bu məsləhətə əməl etsin. Ümid edirəm ki, Putin tezliklə müharibəni dayandırmağa məcbur olacaq. Ukraynanın Rusiya təcavüzünün qurbanı olduğu göz qabağındadır".

Magyar ötən ilin dekabr ayında Aİ çərçivəsində imzalanan Ukrayna üçün 90 milyard avroluq müqaviləni dəstəklədiyini açıqlayıb.