BAKI, 13 aprel. TELEQRAF

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərin dövlət başçıları ilə görüşmək üçün aprelin 14-15-də həmin ölkələrə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

"Əsas diqqətimiz regional sabitliyi təmin etmək, mülki əhalimizi və maraqlarımızı qorumaq üçün Fars körfəzi ölkələri ilə işləməkdir. Dayanıqlı sülhə yalnız danışıqlar və diplomatiya yolu ilə, ilk növbədə, region ölkələrinin rəhbərliyi altında nail olmaq mümkündür. Antonio Koşta Fars körfəzi ölkələri ilə həmrəyliyi təsdiqləyəcək və gərginliyin azaldılmasına kömək edəcək" - məlumatda qeyd olunur. .