BAKI, 8 aprel. TELEQRAF

İran Silahlı Qüvvələri bildirib ki, Tehran ABŞ-nı İsrailin İrana qarşı istənilən təcavüzündə iştirakçı hesab edəcək.

Teleqraf xəbər verir ki, İranın dövlət televiziyasının yayımladığı bəyanatda deyilir: "Biz ABŞ-ni sionist rejimin İrana və onun maraqlarına qarşı hər hansı bir hücum və təcavüzünün iştirakçısı hesab edəcəyik və buna qətiyyətlə müqavimət göstərəcəyik".

İran ordusu da ABŞ və İsrailə etibar etmədiyini və onların bölgədəki bütün hərəkətlərini izlədiyini bildirib. Səhv etmələri halında, əvvəlkindən daha sarsıdıcı zərbə ilə cavab verəcəklər.