BAKI, 6 aprel. TELEQRAF

Heç kim bizə gündəm diktə edə bilməz.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin bugünkü topnatısından sonra deyib.

"İstəyirəm ki, nə hökumətimizin, nə də millətimizin yaxın gələcəkdə erkən və ya əlavə seçkilər keçirmək planı olmadığını hamı bilsin. Bölgəmiz böyük qarışıqlıq içindəykən, məqsədimiz bu yanğından uzaq durmaqdır. Bütün digər müzakirələri mənasız hesab edirik".

Ərdoğan Türkiyəni güclü iqtisadiyyata malik qlobal oyunçuya çevirməyin qayğısında olduqlarını deyib.