BAKI, 6 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp daxili münaqişələri qızışdırmaq üçün İrana silah göndərdiyini etiraf edib.

Teleqraf xəbər verir ki, Tramp İran xalqına çatdırmaq üçün müəyyən miqdarda silah göndərdiklərini bildirib: "Nə baş verdiyini bilirsinizmi? Onları göndərdiyimiz insanlar mənimsəyiblər. Mən müəyyən bir qrup insandan çox narazıyam və onlar bunun üçün yüksək bədəl ödəyəcəklər. İran xalqı silah alan kimi qisas alacaq. Əgər silahları olsaydı, İran iki saniyə ərzində təslim olardı", - deyə o qeyd edib.