BAKI, 1 aprel. TELEQRAF
İran silahlı qüvvələri aprelin 1-də İsrailə və Yaxın Şərqdəki ABŞ bazalarına raket zərbələrinin sayını iki dəfə artırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, çərşənbə günü İran raketlərinin vurduğu ümumi sahə 80 min kvadrat kilometrdən çoxdur.
Məlumatı İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.
Bildirilir ki, İran ölkənin mərkəzi hissəsinə 10-a yaxın ballistik raket ataraq müharibə başlayandan bəri İsrailə qarşı ən böyük raket hücumlarından birini həyata keçirib.
Xilasetmə xidmətlərinin məlumatına görə, bir sıra ərazilərə raket qalıqlarının düşməsi barədə məlumatlar daxil olub.
İtkilər barədə məlumat verilmir.