BAKI, 1 aprel. TELEQRAF
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın iranlı həmkarının atəşkəs tələb etməsi iddiasını təkzib edib.
Teleqraf xəbər verir ki, İ.Bəqayi "Əl-Cəzirə"yə müsahibəsində Trampın açıqlamasının həqiqətə uyğun olmadığını bildirib: "Onun atəşkəs tələb etdiyimiz barədə açıqlamaları yalandır".
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İran Prezidenti Məsud Pezeşkianın ABŞ administrasiyasından atəşkəs istədiyini bildirib.