BAKI, 30 mart. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri İran paytaxtına yeni kütləvi hava hücumu həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Bildirilib ki, bu, Tehranın mərkəzindəki infrastruktur obyektlərinə yönəlmiş "genişmiqyaslı hücum dalğası"dır.
***
21:42
İsrail ordusu 24 saat ərzində İrandakı 170 hədəfə 400 sursatdan istifadə edərək hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.