BAKI, 30 mart. TELEQRAF

NATO yenidən Türkiyəyə istiqamətlənən İran ballistik raketini uğurla zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Alyansın sözçüsü Alison Hart "X" hesabında bildirib.

O NATO-nun üzv ölkələri müdafiə etmək üçün mümkün olan hər şeyi edəcəyini vurğulayıb.

Qeyd edək ki, bu gün İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə ballistik raket buraxılıb.