BAKI, 28 mart. TELEQRAF

Haaqanın mərkəzindəki Malieveld küçəsində ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qarşı genişmiqyaslı nümayiş keçirilib.

Teleqraf xəbər verir ki, mitinq Yeni Sülh Hərəkatı Təşəbbüs Qrupu tərəfindən təşkil edilib.

Aksiyada çıxış edən Yeni Sülh Hərəkatının nümayəndəsi Yakob de Yonq bildirib ki, ABŞ və İsrail növbəti dəfə beynəlxalq hüququ pozub. O, Hollandiya hakimiyyətini müharibəyə qarşı açıq şəkildə çıxmağa çağırıb.

Nümayişdə 500-dən çox insan iştirak edib. Bir çox iştirakçı İslam Respublikası bayraqlarını, Ayətullah Əli Xameneinin portretlərini, "Müharibəni dayandırın!" və "Dərhal sülh tələb edirik!" kimi şüarlar yazılmış plakatlar qaldırıblar. Nümayişçilər arasında Fələstin bayraqları daşıyan insanlar da olub.