BAKI, 27 mart. TELEQRAF
ABŞ-nin vitse-prezidenti J.D. Vens İranla danışıqları aparan əsas şəxs ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Portal yazır ki, Vens artıq İsrailin Baş naziri Benyamin Netanyahu ilə bir neçə telefon danışığı aparıb, Fars körfəzi dövlətlərinin nümayəndələri ilə görüşüb və İranla "dolayı yolla ünsiyyətdə" iştirak edib.
"Onun İranla potensial razılaşma üzrə təmaslar zamanı əsas tərəf olması gözlənilir", - deyə portal yazır.