BAKI, 27 mart. TELEQRAF
ABŞ qlobal bazarlardakı vəziyyətdən asılı olaraq Rusiya neftinə qarşı sanksiya rejimini dəyişdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Fransada keçirilən G7 xarici işlər nazirlərinin görüşünün ardından jurnalistlərlə görüşündə bildirib.
ABŞ-nin Rusiyadan neft və neft məhsullarının satışı üçün icazəsini yeniləyib-yeniləməməsi ilə bağlı suala cavab olaraq Rubio bildirib ki, müvafiq ABŞ Xəzinədarlıq lisenziyası yalnız artıq "su üzərində" olan neftə şamil edilir. O qeyd edib ki, bu, ABŞ-nin uzunmüddətli siyasəti deyil.
Dövlət katibi bildirib ki, "Əlbəttə ki, dünyadakı vəziyyətə əsasən lazım gələrsə, dəyişikliklər edəcəyik. Lakin prezident heç bir sanksiyanı birdəfəlik ləğv etmək istəyini bildirməyib.