BAKI, 27 mart. TELEQRAF

İsrailin İranın sənaye və enerji infrastruktur obyektlərinə son hücumları ABŞ Prezidenti Donald Trampın bu hədəflərə zərbələri 10 gün müddətinə dayandırmaq barədə verdiyi açıqlamalarla ziddiyyət təşkil edir.

Teleqraf xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi özünün "X" səhifəsində yazıb.

"İsrail İranın ən böyük iki polad zavoduna, bir elektrik stansiyasına və mülki nüvə enerjisi obyektlərinə hücum edərək, hərəkətlərini ABŞ ilə əlaqələndirdiyini iddia edib. Bu, ABŞ prezidentinin diplomatiya üçün son tarixin uzadılması ilə bağlı açıqlamalarına kökündən ziddir və biz İsrailin cinayətlərinə görə yüksək qiymət tələb edəcəyik",- İranın xarici işlər naziri qeyd edib.