BAKI, 27 mart. TELEQRAF

Avropa Komissiyası (AK) Europa.eu portalına edilən kiberhücum nəticəsində Aİ qurumları ilə bağlı məlumatların sızmasını etiraf edib.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

"Europa.eu resursuna kiberhücum həyata keçirilib və nəticədə Avropa təşkilatlarının məlumat sızması baş verib", - deyə açıqlamada bildirilir.

Avropa Komissiyası kiberhücumun aşkar edildikdən sonra bloklandığını və təsirlənən bütün qurumlara məlumat verildiyini bildirib.