BAKI, 27 mart. TELEQRAF
Amerika administrasiyası müttəfiqlərinə İrana qarşı quru əməliyyatı keçirmək üçün təcili planlarının olmadığını açıq şəkildə bildirir.
Teleqraf xəbər verir ki, bu iddianı "Bloomberg" mənbələrə istinadən yayıb.
ABŞ hakimiyyəti bildirib ki, Amerika qoşunlarının Yaxın Şərqə yerləşdirilməsi müxtəlif məqsədlərə xidmət edə, o cümlədən Vaşinqtonun hərəkətləri ilə bağlı strateji qeyri-müəyyənlik yarada bilər. Hərbi qulluqçular da ABŞ vətəndaşlarının təxliyəsində iştirak edə bilərlər.
Agentlik qeyd edir ki, eyni zamanda mənbələr ABŞ Prezidenti Donald Trampın fikrini dəyişə və İslam Respublikasına quru qoşunlarının hücumu əmri verə biləcəyini etiraf edirlər.