ABŞ-nin İrana hərbi təzyiqi artırması mümkündür.

Teleqraf xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent "NBC News"a verdiyi müsahibədə bildirib.

Bessentin sözlərinə görə, ABŞ Hörmüz boğazı boyunca İran istehkamlarını məhv etməyə davam edəcək.

"Bəzən gərginliyin azaldılması üçün eskalasiyaya ehtiyac yaranır" - nazir bildirib.

21 martda Tramp Hörmüz boğazının 48 saat ərzində gəmiçilik üçün tam açılmadığı təqdirdə ABŞ-nin İranın bir neçə elektrik stansiyasını məhv edəcəyini açıqlayıb.