BAKI, 22 mart. TELEQRAF

İranın şimalında yerləşən Rəşt şəhərində partlayışların baş verdiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, partlayışlar İranın şimalındakı Rəşt şəhərində qeydə alınıb. Hadisənin səbəbi, hansı obyektlərin zərər gördüyü və mümkün xəsarət alanlarla bağlı hələlik əlavə məlumat açıqlanmayıb.