BAKI, 22 mart. TELEQRAF

Hörmüz boğazı ərazimizə hücum edənlər istisna olmaqla, hər kəs üçün açıqdır.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İranı dünya xəritəsindən silmək illüziyası tarix yaradan bir millətin iradəsi qarşısında çarəsizliyin sübutudur.

"Təhdidlər və qorxutmalar yalnız birliyimizi gücləndirir. Hörmüz boğazı ərazimizə hücum edənlər istisna olmaqla, hər kəs üçün açıqdır. Biz döyüş meydanında təhdidlərə qarşı qətiyyətlə müqavimət göstəririk" - Pezeşkian qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı 48 saat ərzində açılmayacağı təqdirdə bütün İran elektrik stansiyalarını məhv edəcəyini açıqlamışdı.