BAKI, 22 mart. TELEQRAF

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri İrandan buraxılan üç ballistik raketdən birini havada məhv edib, digər ikisi isə krallığın yaşayış olmayan ərazilərinə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, raketlərin əsas hədəfi Ər-Riyad yaxınlığındakı obyektlər olub. Hərbçilərin bildirdiyinə əsasən, üç raketdən biri hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, qalan iki raket isə yaşayış olmayan ərazilərə düşüb. Raketlərin konkret olaraq hansı bölgələrə düşdüyü barədə isə əlavə məlumat açıqlanmayıb.