BAKI, 22 mart. TELEQRAF

Qətər Silahlı Qüvvələrinə məxsus helikopter planlı tapşırıq zamanı texniki nasazlıq səbəbindən ölkənin sahilləri yaxınlığında dənizə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, helikopter uçuş zamanı texniki nasazlıqla üzləşib və nəticədə dövlətin ərazi sularında qəzaya uğrayıb.

Hazırda hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatı aparılır.