BAKI, 22 mart. TELEQRAF

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, əgər Vaşinqton İran ərazisindəki elektrik stansiyalarına hücum etsə, ABŞ-nin regiondakı infrastruktur obyektlərinə cavab zərbələri endiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb.

Məlumata görə, İran hərbçiləri ABŞ tərəfindən ölkənin enerji infrastrukturuna hücum ediləcəyi təqdirdə Yaxın Şərqdə ABŞ-yə məxsus enerji və informasiya infrastrukturu obyektlərini, həmçinin texnoloji mərkəzləri və duzsuzlaşdırma qurğularını hədəf alacaqlarını bildiriblər. Bəyanat İran dövlət televiziyası vasitəsilə yayımlanıb.

Qeyd olunur ki, bu xəbərdarlıq ABŞ prezidenti Donald Trump-ın Hörmüz boğazı 48 saat ərzində tam açılmasa, İranın bəzi elektrik stansiyalarını məhv edəcəyi ilə bağlı səsləndirdiyi təhdidlər fonunda verilib.