BAKI, 22 mart. TELEQRAF

İsrailin cənubunda yerləşən Arad şəhərinə raket hücumu nəticəsində xəsarət alanların sayı 64 nəfərə yüksəlib, onlardan yeddisinin vəziyyəti ağır qiymətləndirilir.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin təcili tibbi yardım xidməti “Magen David Adom” məlumat yayıb.

Məlumata görə, raket hücumu nəticəsində xəsarət alan 64 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan 7 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti orta ağır, 42 nəfərin isə yüngül xəsarət aldığı bildirilib.

***

01:13

İsrailin cənubunda yerləşən Arad şəhəri yaxınlığında İran raketinin düşməsi nəticəsində onlarla insanın yaralandığı, iki nəfərin vəziyyətinin isə kritik olduğu açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin milli təcili tibbi yardım xidməti məlumat yayıb.

Məlumata görə, İran tərəfindən atılan raketin Arad şəhəri ətrafına düşməsi nəticəsində azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə İsrailin cənub bölgəsində qeydə alınıb.

İsrailin dövlət teleradio şirkəti "Kan"ın məlumatına əsasən, yaralananlardan iki nəfərin vəziyyəti kritik qiymətləndirilir.