BAKI, 7 mart. TELEQRAF

Beynəlxalq Pediatriya Assosiasiyasının keçmiş sədri, Türkiyə Milli Pediatriya Dərnəyinin məsul katibi professor Enver Hasanoğlu vəfat edib.

Teıeqraf xəbər verir ki, bu barədə Azərbaycan Pediatriya Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, Enver Hasanoğlu pediatriya elminin inkişafına böyük töhfələr vermiş, Azərbaycan pediatriyasının səmimi dostu və ən böyük dəstəkçilərindən biri olubr.

Onun elmi fəaliyyəti, zəngin təcrübəsi və pedaqoji fəaliyyəti sayəsində saysız-hesabsız pediatrın yetişməsində böyük rol oynayıb.