BAKI, 28 fevral. TELEQRAF

Səudiyyə Ərəbistanının “Saudiya”, “Flynas” və “Flyadeal” şirkətləri bəzi uçuşlarını ləğv edib.

Teleqraf xəbər verir ki, daşıyıcılar reyslərin ləğvi ilə bağlı qərarların aviasiya təhlükəsizliyi və mühafizə standartlarının tətbiqi çərçivəsində qəbul olunduğunu bildiriblər.

“Saudiya” hava yolları Əbu-Dabi, Dubay, Doha, Bəhreyn, Moskva və Pişəvər şəhərlərinə və əksinə olan uçuşların martın 2-si saat 23:59-dək təxirə salındığını açıqlayıb.