BAKI, 27 fevral. TELEQRAF
Pakistan Əfqanıstanın Nəngərhar vilayətində hədəflərə hava zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə "Geo" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, zərbə Nəngərhar vilayətində müəyyən edilmiş hədəflərə qarşı həyata keçirilib. Hadisənin detalları və mümkün itkilər barədə əlavə məlumat verilməyib.