BAKI, 26 fevral. TELEQRAF

Omanın xarici işlər naziri Bədr əl-Busaidi sosial media platforması X-də bildirib ki ABŞ və İran arasında texniki danışıqlar gələn həftə keçiriləcək.

Teleqraf xəbər verir ki, nazir qeyd edib: "Müvafiq paytaxtlarda məsləhətləşmələrdən qısa müddət sonra danışıqları bərpa edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək ".

Əl-Busaidi prosesdə iştirak edən bütün şəxslərə səylərinə görə təşəkkürünü bildirib.

Fevralın 26-da İsveçrədə Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında Tehranın nüvə proqramı üzrə dolayı danışıqların üçüncü raundu keçirilib.