BAKI, 26 fevral. TELEQRAF
Donald Trampın Ağ Evdəki ikinci prezidentlik müddətinin ilk ilində Britaniya vətəndaşlığı üçün müraciət edən amerikalıların sayı rekord həddə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
2025-ci ildə ümumilikdə 8790 amerikalı Britaniya vətəndaşlığı üçün müraciət edib ki, bu da əvvəlki illə müqayisədə 42 faiz çoxdur.
Amerikalılar Britaniya vətəndaşlığına ya naturalizasiya yolu ilə müraciət edə bilərlər. Bu müraciət ölkədə ən azı beş il qanuni olaraq yaşamış, britaniyalı həyat yoldaşı olan şəxslər üçün açıqdır.
"Bloomberg"in məlumatına görə, son bir ildə amerikalı tələbələr arasında da Britaniya universitetlərinə maraq artıb.