BAKI, 26 fevral. TELEQRAF
Amerikanın daha bir təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford" Yunanıstanın Krit adasındakı Souda bazasını tərk edərək Yaxın Şərqə doğru yola düşüb.
Teleqraf xəbər verir ki, hərbi gəmi yanacaq doldurmaq və əməliyyat dəstəyi üçün bazaya gəlib.
Daha əvvəl "The Wall Street Journal" qəzeti ABŞ Hərbi Dəniz Qüvvələrinin İranı təhdid etmək üçün göndərilən flaqman təyyarədaşıyan gəmisi olan "USS Gerald R. Ford"un kanalizasiya sistemində ciddi problemlər yaşadığını və bu üzdən geri çəkildiyini bildirmişdi.
Sosial mediada yayılan xəbərlərdə sahilə çıxmaq üçün icazələri olmayan hərbçilər yaranmış duruma etiraz olaraq gəmidə təxribat törədiblər.