BAKI, 26 fevral. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov və kürəkəni Cared Kuşner İranla bu səhər keçirilən danışıqlardan məyus olublar.

Teleqraf xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid sosial mediada məlumat paylaşıb.

Jurnalist yazıb ki, Kuşner və Uitkoff səhər görüşündə iranlılardan eşitdikləri sözlərdən məyus olublar.

Ravid fikir ayrılığının təfərrüatı barədə ətraflı məlumat verməyib.

Fevralın 26-da İsveçrədə Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə proqramı üzrə dolayı danışıqların üçüncü raundu keçirilib.