BAKI, 14 fevral. TELEQRAF

Ukraynanın "Flamingo" raket istehsalı bazalarından biri sıradan çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Ukrayna liderinin sözlərinə görə, bazaya zərbə bir müddət əvvəl endirilib.

Qeyri-rəsmi adı "Flamingo" olan Ukraynanın FP-5 raketi əsasən Sovet irsinə əsaslanır.