BAKI, 13 fevral. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan İranın İrəvandakı səfiri Xəlil Şirqulamini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq və gələcək layihələr müzakirə olunub.

Nikol Paşinyan Ermənistan və İran arasındakı əlaqələrin hazırkı vəziyyətini yüksək qiymətləndirərək, ikitərəfli münasibətlərdə görünməmiş dinamika müşahidə olunduğunu bildirib.