BAKI, 9 fevral. TELEQRAF

Böyük Britaniyanın müdafiə naziri Con Hili ələ keçirilmiş tankerlərdəki neftin müsadirə edilərək satılması imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, nazir bu yolla həmin tankerlərin saxlanılması ilə bağlı xərcləri kompensasiya etməyi planlaşdırır. Qəzet qeyd edir ki, bir tankerın uzun müddət saxlanılması milyonlarla funt-sterlinqə başa gələ bilər və əgər bir neçə gəmi müsadirə olunarsa, bu, vergiödəyicilər üçün ciddi maliyyə yükü yarada bilər.

Xatırladılır ki, daha əvvəl Londonda məhkəmə Rusiyaya məxsus “Solong” konteyner gəmisinin kapitanını altı il müddətinə azadlıqdan məhrum edib.