BAKI, 7 fevral. TELEQRAF

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun mühafizəçisi saxlanılıb.

Teleqraf Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları "korrupsiya" istintaqı çərçivəsində İmamoğlunun cangüdəni B.K-nı saxlayıb.

Şübhəlinin polis bölməsində dindirilməsi davam edir.