BAKI, 2 fevral. TELEQRAF

Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqının Rusiya ilə vasitəçilərsiz birbaşa əlaqə kanalına malik olmasının vacibliyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu fikri "Liberation" qəzetinə verdiyi müsahibədə səsləndirib.

Nazirin sözlərinə görə, Ukraynanın əsas tərəfdarları olan Avropa ölkələri öz maraqlarını qorumaq üçün məsuliyyəti başqalarının üzərinə atmadan Rusiya ilə birbaşa ünsiyyət imkanına sahib olmalıdır.

Jan-Noel Barro vurğulayıb ki, bu cür kanal Avropanın diplomatik manevr imkanlarını genişləndirə və mövqelərini daha effektiv şəkildə müdafiə etməsinə şərait yarada bilər.