BAKI, 25 yanvar. TELEQRAF
Mançesterin meri Endi Bernem Böyük Britaniya parlamentinin İcmalar Palatasına keçiriləcək əlavə seçkilərdə iştirak edə bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Şənbə günü Bernem Mançester seçki dairəsində Leyboristlərin namizədi kimi iştirak etmək niyyətində olduğunu açıqlayıb. Lakin partiyanın Milli İcraiyyə Komitəsi onun namizədliyini bloklayıb.
"Sky News"un məlumatına görə, 10 nəfərlik xüsusi komissiya səsvermə zamanı 8 səslə Bernemin seçkilərdə iştirakının əleyhinə çıxıb.
Telekanalın qeyd etdiyinə görə, Bernemin seçkilərə buraxılmamasının əsas səbəbi onun parlamentə seçiləcəyi təqdirdə Leyboristlər Partiyasının lideri və Böyük Britaniyanın baş naziri Kir Starmeri vəzifələrindən kənarlaşdırmağa cəhd göstərə biləcəyi ilə bağlı narahatlıqlardır.