BAKI, 25 yanvar. TELEQRAF
ABŞ Senatında demokratlar atışma qalmaqalları ilə əlaqədar büdcə layihəsini bloklaya biləcəklərini bildirir ki, bu da hökumətin fəaliyyətinin qismən dayandırılmasına gətirib çıxara bilər.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Senatda demokrat azlığın lideri, Nyu-York ştatından senator Çak Şumer Minnesotada baş verən hadisələr dəhşətli və qəbuledilməz adlandırıb. O, "X" sosial şəbəkəsində paylaşımında qeyd edib ki, qanun layihəsində Daxili İşlər Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı müddəa saxlanılacağı təqdirdə, onun əleyhinə səs verəcək. Şumerin sözlərinə görə, demokratlar bu halda layihənin qəbuluna dəstək verməyəcəklər.
"CNN"in məlumatına əsasən, ABŞ Senatı hökumətin fəaliyyətinin dayandırılmasının qarşısını almaq üçün 30 yanvar gecə yarısına qədər assiqnasiyalar haqqında qanun layihəsini qəbul etməlidir. Sənədin qəbul olunması üçün bütün 53 respublikaçı senatorun və ən azı səkkiz demokratın səsi tələb olunur. Bildirilir ki, artıq Demokrat Partiyasından azı altı senator layihəyə qarşı olduqlarını açıq şəkildə bəyan ediblər.