BAKI, 20 yanvar. TELEQRAF

İsrail ordusu Livanın cənubunda yeni hava zərbəsi həyata keçirib.

Teleqraf xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti bildirib ki, hücumun hədəfi Livanın cənubunda yerləşən Zıbkın yaşayış məntəqəsi ərazisində fəaliyyət göstərən “Hizbullah” silahlı birləşməsinin üzvü olub.

Məlumatda qeyd olunub ki, zərbə “Hizbullah” tərəfindən atəşkəs razılaşmasının dəfələrlə pozulmasına cavab olaraq endirilib. İsrail ordusunun açıqlamasında bildirilir ki, əməliyyat konkret olaraq silahlı qruplaşmanın üzvünə qarşı həyata keçirilib.