BAKI, 17 yanvar. TELEQRAF

Ukrayna nümayəndə heyəti sülh sazişi ilə bağlı amerikalı tərəfdaşlarla danışıqlar aparmaq üçün ABŞ-yə səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, danışıqlarda Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi Rustem Umerov və hakim "Xalqın xidmətçisi" partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya da iştirak edir:

"Amerikalı tərəfdaşlarla sülh sazişinin detalları üzrə mühüm müzakirələr aparılacaq. Planlaşdırılan görüşdə Stiven Uitkoff, Cared Kuşner və Daniel Driskollun da iştirakı nəzərdə tutulur. Ukrayna üçün əsas məqsəd ədalətli sülhə nail olmaqdır. Biz konkret nəticə əldə etmək üçün çalışırıq".