BAKI, 16 yanvar. TELEQRAF
Ukrayna nümayəndə heyəti danışıqlar aparmaq üçün ABŞ-yə yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Çexiya Prezidenti Petr Pavel ilə birgə mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, nümayəndə heyətinə Prezident Administrasiyasının rəhbəri Kirill Budanov, Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov və Xalqın Xidmətçisi Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamia daxildir.
Zelenski deyib: “Ümid edirik ki, danışıqlar zamanı həm Amerika tərəfi ilə birlikdə hazırladığımız sənədlərə, həm də Rusiyanın mövqeyinə aydınlıq gətiriləcək”.
Bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında potensial sülh sazişi ilə bağlı danışıqların Moskvanın deyil, Kiyevin mövqeyi səbəbindən ləngidiyini bildirib.