BAKI, 15 yanvar. TELEQRAF

BAKI, 15 yanvar. TELEQRAF

Fransa və bütövlükdə Avropa Rusiyanın hipersəs raket sistemi olan "Oreşnik"ə bənzər bir raket sistemi yaratmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron yanvarın 15-də İstres Hərbi Hava Bazasında hərbçilər qarşısında çıxış edərkən bildirib.

Onun çıxışı Yelisey Sarayının sosial media səhifəsində yayımlanıb.

Makron vurğulayıb ki, Fransa "Oreşnik" raketinin təsir dairəsindədir: "Biz qısa müddətdə analoji silahlar əldə etməliyik".

Ölkə başçısı qeyd edib ki, Fransa 2027-ci ildə hərbi büdcəsini 64 milyard avroya çatdırmağı planlaşdırır.

Fransa Prezidenti həmçinin Avropa hava hücumundan müdafiə sisteminin Amerika "Patriot"undan daha təsirli olduğunu vurğulayıb.