BAKI, 15 yanvar. TELEQRAF

Ukrayna ərazisində yerləşdiriləcək istənilən xarici hərbi kontingent Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf hesab olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, bu yanaşma “çoxmillətli qüvvələrə” də aiddir:

"Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə bu cür qüvvələrin yerləşdirilməsi ilə bağlı bəyanatları danışıqlar prosesini pozmağa yönəlib".