BAKI, 5 yanvar. TELEQRAF

ABŞ vitse-prezidenti Ceyms Di Vensin Ohayo ştatındakı iqamətgahına atəş açılıb.

Teleqraf xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Hadisə zamanı Vens ailəsi ilə birlikdə Vaşinqtonda olub.

Polis bir şübhəlini saxlayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.